<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>438</hymn_number>
<title>Gözlərimi dağlara tərəf dikmişəm İL438</title>
<lyrics>[V1]
 Gözlərimi dağlara tərəf dikmişəm,
 Hardan mənə kömək gələr.
 Göyləri və Yeri Yaradandan,
 Rəbdən kömək gələr.

[C1]
   Adonay, haleluya,
   Haleluya, Adonay.

[V2]
 O, ayaqlarını büdrəməyə qoymaz,
 Səni Qoruyan heç yuxulamaz.
 Örtük kimi səni örtər,
 Sağ qolun üstündən ayrılmaz.

[V3]
 Səni gündüz Günəş yandırmaz,
 Gecələr isə Ay zərər vurmaz.
 Rəbb səni hər cür şərdən qoruyar,
 Yollarında əbədi yar olar.</lyrics>
</song>